Şamaxıda zəlzələ olub - 3,6 bal

23:30 28.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.